Azərbaycan Sofiyada energetika üzrə nazirlər görüşündə iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Energy Connectivity" nazirlər görüşündə iştirak edib.
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov sosial şəbəkədəki paylaşımında qeyd edir ki, tədbirdə energetika nazirinin müavini Orxan Zeynalov iştirak edib.
"Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovla birlikdə tədbirdə məmnuniyyətlə iştirak etdim. Böyük Qara dəniz regionu ölkələrinin nümayəndələri ilə enerji təchizatının etibarlılığını artırmaq və enerji keçidini irəlilətmək üçün regional əlaqələrin inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb", - diplomat vurğulayıb.
Oxşar xəbərlər
Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun"
Dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumətin ayrıca fəaliyyət proqramının hazırlanması təklif olunur. BAKU.WS Oxu....