Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,04 ABŞ dolları və ya 1,76 % azalaraq 113,48 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 109,59 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,01 ABŞ dolları və ya 1,78 % azalaraq 110,98 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Ölkəmizdə ilin sonuna qədər iqtisadi gedişat hansı istiqamətdə dəyişə bilər?
Azərbaycan iqtisadiyyatında yanvar-mart ayları üzrə mənfi dinamikadan sonra apreldə 0.2 faiz artım qeydə alınıb. Ümumi daxili məhsul istehsalında artım qeyri-ne...