Azərbaycan Əfqanıstana "AI-92" markalı benzinin tədarükünə başlayıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyon 532 min ABŞ dolları dəyərində 5 min 407,8 ton "AI-92" markalı avtomobil benzini ixrac edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, ixracın əsas həcmi Əfqanıstanın payına düşüb – bu ölkəyə 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,7 ton benzin tədarük edilib.
Hesabat dövründə Gürcüstana 803,8 min ABŞ dolları dəyərində 1 min 93,6 ton, Türkiyəyə isə 1 milyon 96,9 min ABŞ dolları dəyərində 2 min 16,6 ton benzin tədarük edilib.
2024-cü ildə Azərbaycan "AI-92" markalı benzin ixrac etməyib.
Sonuncu dəfə Azərbaycandan 28 min ABŞ dolları dəyərində 44,9 ton "AI-92" markalı benzin 2021-ci ildə Gürcüstana ixrac edilib.
Azərbaycanda "AI-92" markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından "Premium Euro-95" markalı benzininin istehsalına başlayıb.
Oxşar xəbərlər
"Brent" markalı neft 10 dollar ucuzlaşıb
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Hörmüz boğazının açılması barədə bəyanatlardan sonra ucuzlaşmaqda davam edi...