Azərbaycan bu il Rusiyaya 29 min tona yaxın pomidor ixrac edib
26
mar
2025
23:36
Bu ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor tədarük edib.
Bu barədə "Report" Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Martın 23-nə olan vəziyyətə görə, Azərbaycan 23 % payla Rusiyaya pomidorun iki ən böyük böyük tədarükçüsündən biridir.
Ümumilikdə, Rusiya ilin əvvəlindən 124,9 min ton pomidor idxal edib, ən böyük tədarükçü isə təxminən 30 min tonla Türkmənistandır.
Oxşar xəbərlər
Azərbaycan banklarına depozit qoyuluşu azalıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər ver...