AZAL-ın Bakı-Cenevrə aviareysinin cədvəli yenilənib
24
yan
2019
14:46
Fevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.BAKU.WS-in “Azərbaycan Hava Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, həmin tarixdən etibarən hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da həyata keçiriləcək. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetirilir.Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb (VİDEO)
“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 30-dan İsveçrənin Cenevrə şəhərinə birbaşa uçuşlara başlayıb.AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, “Azərbayca...