ATV-də yeni təyinatla bağlı – RƏSMİ AÇIQLAMA
27
fev
2018
15:50
Mediada “ARB TV”-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovun “Azad Azərbaycan Teleradio və Yayım şirkəti”nə reklam diektoru təyin olunması ilə bağlı yayılan xəbərə hər iki kanaldan rəsmi açıqlama verilib. “Reklam fəaliyyətinin effektivliyini artırmaq məqsədilə, “ATV” və “ARB” telekanallarının rəhbərliyi 2018-ci ilin fevralın 27-dən etibar iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlib.Reklam şirkətləri və bu telekanallar arasında bundan öncə mövcud olan qarşılıqlı öhdəliklər qüvvədə qalır. Razılığın detalları Azərbaycan reklam bazarının bütün iştirakçılarına təqdim olunub və bu barədə məlumatlar ictimai əhəmiyyət kəsb etmir”.BAKU.WS
Oxşar xəbərlər
Parlament yeni cərimələri təsdiqlədi - 300 manatdan 15 000 manatadək
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.BAKU.WS-in “Report”a istinadla verdiyi xə...