Parlament yeni cərimələri təsdiqlədi - 300 manatdan 15 000 manatadək
01
fev
2018
14:44
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.BAKU.WS-in “Report”a istinadla verdiyi xəbərə görə, bununla bağlı məcəlləyə yeni-395.1-1 maddəsi əlavə edilib.Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə ediləcək.Məcəllənin 428.7-ci maddəsi yeni redaksiyada verilib:Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmaması, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə,2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə,3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu xəbərləri yayanlar cərimələnəcək - 500 manat
Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, bununla...