Prezident vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı qanunu təsdiqlədi - 600-800 AZN

Prezident vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı qanunu təsdiqlədi - 600-800 AZN
Siyasət 4728
Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.“Report”un xəbərinə görə, qanun vəzifəli şəxslərin cəzalandırılmasını nəzərdə tutur.Qanuna, məcəlləyə 528-1-ci (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) maddəsi əlavə edilib.Maddənin 1-ci bəndində deyilir: “İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir”.2-ci bənd isə belədir: “İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə edilir.Qanun layihəsi dekabrın 1-də qüvvəyə minəcək.BAKU.WS

Son xəbərlər