Alberto Petrilik: "Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır"

Alberto Petrilik: Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır
İqtisadiyyat 14

Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Perunun Çankay şəhərinin merinin müşaviri Alberto Petrilik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.

"Beləliklə, keçmiş təcrübələrdən nəticə çıxararaq, yəni səhvləri təkrarlamadan, əksinə uğurlu nümunələrdən öyrənərək layihələndirilmiş şəhərsalma planına sahib olmaq vacibdir. Bakı nümunəsi də bu baxımdan maraqlı müzakirə mövzusudur. Şəhərin dənizkənarı mövqeyi, sahil xətti və urban inkişaf potensialı onun düzgün planlama ilə daha funksional və dayanıqlı şəhərə çevrilə biləcəyini göstərir. Şəhərsalma yanaşmalarında əsas məqsəd problemləri sonradan həll etmək deyil, onları əvvəlcədən proqnozlaşdırmaq və uyğun həll mexanizmlərini planlama mərhələsində inteqrasiya etmək olmalıdır. Bu xüsusilə su qıtlığı, kanalizasiya sistemi və infrastruktur dayanıqlılığı kimi sahələr üçün vacibdir. Beləliklə, məqsəd reaktiv deyil, proaktiv şəhərsalma modelinə keçməkdir. Bu yanaşma həm təcrübələrdən öyrənməyi, həm də gələcək riskləri əvvəlcədən nəzərə alaraq daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasını təmin edir", - deyə o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər