Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb

Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb
İqtisadiyyat 4

"Sabah Ağdam şəhəri günü qeyd ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur".

BAKU.WS xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, işğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri yenidən qurulur, dirçəlir və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir:

"Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Ağdam da bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb. Ağdam rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 1.5 milyard manata çatır. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu isə birbaşa rayonun yenidən qurulması və böyük miqyaslı infrastruktur işlərinin aparılması ilə bağlıdır.

2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur. Ağdam rayonu yalnız Qarabağın deyil, bütövlükdə bölgənin əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Rayonda istehsal edilən məhsullar tezliklə Avropa İttifaqı daxil olmaqla inkişaf etmiş dövlətlərə ixrac ediləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər