SİZİN REKLAM BURADA!
055 213 76 73


Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,18% artaraq 2,19 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində isə Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,33% artaraq 1 barelə görə 45,11 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,28% artaraq 42,36 dollar təşkil edib.

BAKU.WS