FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.
“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - tənzimləyicinin saytındakı xəbərdə deyilir.
Qeyd edək ki, FED uçot dərəcəsini iyunun 10-da da 0-0,25 faiz səviyyəsində saxlamışdı.
Oxşar xəbərlər
FED dolların məzənnəsi barədə qərarını açıqladı
ABŞ-ın mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz saxlayıb. BAKU.WS xəbər verir ki, ictimai səhiyyəni...
