SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

BAKU.WS xəbər verir ki, ictimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alan komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5%-dən 9,3%-ə qədər, 2021-ci ildə - 3,6%-dən 6,5%-ə qədər artırıb.

Xatırladaq ki, ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən FED apreldə də illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb. FED habelə uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb.

BAKU.WS