SOCAR-a yeni vitse-prezident təyin edildi
03
dek
2019
09:52
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,- deyə “Azneft”dən bildiriblər.
Oxşar xəbərlər
İşsizlərin NƏZƏRİNƏ! SOCAR 15 min yeni iş yeri açıb
İşsizlər və işaxtaranlar üçün. Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulan SOCAR əlavə olaraq ictimai işlərdə çalışmaq üçün 15000 nəfərlik yeni iş...