VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” (SGG, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti) martın 1-dən pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifin 10,5% atrırılaraq 1 kub metrə görə ƏDV daxil 0,95 lariyə (cari məzənnə üzrə 0,36 dollar) qaldırılacağını elan edib.

Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, SGG-nin məlumatında bildirildiyinə görə, “qiymət dəyişikliyi milli valyutanın (larinin) ABŞ dollarına görə məzənnəsinin və qaz paylanmasnın tarifinin dəyişməsi ilə bağlıdır”.

Yeni tarif martın 1-dən qüvvəyə minəcək.

Məlumatda o da deyilir ki, uzun illərdir bütün Gürcüstana təbii qazın nəqlini və paylanmasını həyata keçirən “SOCAR Georgia Gas Ltd” bu günə kimi regionda qazlaşdırılmanın və qaz infrastrukturunun inkişafına 300 milyon dollardan çox vəsait yatırıb və bunun nəticəsində yüz minlərlə ailə və kommersiya obyekti təbii qazdan istifadə imkanı əldə ediblər.

SGG 2007-ci ildə Gürcüstanda təbii qaz bazarının (həm topdan, həm də pərakəndə) inkişafı məqsədilə yaradılıb. Bu illər ərzində şirkət qaz şəbəkəsinə 250 mindən çox yeni abunəçi cəlb edib və hazırda ölkə üzrə 600 minə yaxın qaz abunəçisinə xidmət göstərir. Eyni zamanda, şirkət Gürcüstanın qazpaylama sistemində qaz itkiləri göstəricisini 10 dəfəyə yaxın – 3%-ə qədər azaldıb.

2018-ci ildə Azərbaycandan Gürcüstana 2,208 milyard kub metr qaz nəql olunub ki, bu da 2017-ci ildə olduğundan 22,8% çoxdur. Gürcüstanın 2019-cu il üçün təbii qaz balansına görə, respublika Azərbaycandan 2 milyard 591,5 milyon kub metr qaz idxal etməyi planlaşdırır.

BAKU.WS