SOCAR-ın Gürcüstanı təbii qazla təminatında problem yaranıb
24
noy
2017
23:20
ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi olan “SOCAR Georgia Gas” şirkəti tərəfindən Acarıstan Muxtar Respublikasının təbii qazla təminatı məhdudlaşdırılıb.BAKU.WSAPA-ya istinadən xəbər verir ki, bu gün Azərbaycandan mavi yanacağın tədarükündə yaranmış texniki problem və hava şəraitinin pisləşməsi ilə əlaqədar Acarıstanda 32 min abunəçinin qazla təminatı dayandırılıb. “SOCAR Georgia Gas” şirkəti mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər aparır. Abunəçilərin qazla təminatı sabah səhər saat 10:00-dan etibarən tədricən bərpa olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
Sabah Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata g...