SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası,  o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.
 
BAKU.WS-in məlumatına görə, bu haqda DİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal Nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur.

BAKU.WS