13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 
Rubl yenidən dollar qarşısında möhkəmlənməyə başlayıb. Hazırda 1 dollar 61 rubla bərabərdir. Mütəxəssislər hesab edir ki, neftin qiymətinin bahalaşması rublun dollar qarşısında daha da möhkəmlənməsinə səbəb olacaq.
 
BAKU.WS-in məlumatına görə, bunu maliyyə analitiki Boris Belkin söyləyib. Onun sözlərinə görə, Ural markalı Rusiya neftinin dəyəri iyul ayının sonundan bu yana maksimal həddədək yüksəlib. Hazırda Ural neftinin bir bareli 52,1 dollardır. Brent markalı neft isə bir barelə görə 53,4 dollara bərabərdir. Pozitiv tendensiya inkişaf edən ölkələrin valyutalarında da müşahidə olunur. Ümumiyyətlə hazırda valyuta bazarlarında ümumi müsbət əhval-ruhiyyəyə yaranıb. 
 
Ekspertin fikrincə rubl üçün hazırki vəziyyət arzuolunandır. Ancaq ilin sonuna kimi RF milli valyutası yenidən ucuzlaşa bilər. Ekspert neftin qiymətini, həmçinin ABŞ Mərkəzi Bankının (FED) dolların uçot dərəcəsini artırmaq təşəbbüsünün təkcə rubla deyil, digər valyutalara da təsir edəcəyini güman edir.
 
Sözsüz ki, neftin qiymətinin ucuzlaşması və dolların uçot dərəcəsinin artırılması Azərbaycan üçün də ürəkaçan vəziyyət deyil. Mütəxəssislər ilin sonuna qədər manata olan təzyiqlərin də artacağını güman edirlər.  
 
ŞAHİN Həbibov
BAKU.WS