13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtlərinin tətbiq edilməsi təklif edilir.

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib ki, Azərbaycanda müəllimlərin və həkimlərin əmək haqlarının məbləği sosial ipotekadan faydalanmağa imkan vermir: "Müəllim və həkilmlərin maaşı sosial ipoteka üçün qoyulan normalara çatmır”.

M.Quliyev bildirib ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir: "Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik olunsun və müəllimlər və həkimlər sosial ipoteka üçün xüsusi kateqoriyaya daxil edilsin”.