Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib.
BAKU.WS xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar.
Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən azı 80 addım sürətlə yeriyən insanların ölüm riski daha yavaş templə 5-7,5 min addım atanlarla müqayisəolunan olub.
Mütəxəssislər xüsusilə gündə ən azı 30 dəqiqə sürətli yeriməyi tövsiyə edirlər. Ən aşağı erkən ölüm riski isə gündə 7,5-10 min addım atanlarda müşahidə olunub.
Araşdırma göstərir ki, sağlamlıq üçün təkcə addımların sayı deyil, yerimə sürəti də önəmlidir.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...