SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar ayında Azərbaycan 54 milyon 611 min ABŞ dolları dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,2 % və 21,1 % çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,96 %-ni, qeyri-neft sektoru üzrə ixracının isə 24,59 %-ni təşkil edib.

Ötən ay Azərbaycana 28 milyon 710 min ABŞ dolları dəyərində 42 min 633 ton meyvə-tərəvəz idxal edilib. Bu, illik müqayisədə müvafiq olaraq 2,2 dəfə və 3,9 % çoxdur.

Dövr ərzində meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalında payı 2,51 % olub.

BAKU.WS