Nazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30 %-ini bərpaolunan mənbələrdən təmin edəcək”
Azərbaycan bərpaolunan mənbələrdən enerji ehtiyaclarının 30 %-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.
“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30 %-ni bərpaolunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək hədəfimizə daha tez – 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.
Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Oxşar xəbərlər
“Yaşıl əjdaha” ilindən yola saldığımız ilin “yaşıl enerji” siyasətinə ötəri baxış
Artıq yeni 2024-cü - “yaşıl əjdaha” ilinə qədəm qoyduq. Yola saldığımız 2023-cü il enerji sahəsində, xüsusilə də “yaşıl enerji” sahəsində bir çox mühüm hadisələ...