SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

“Hacıqabul Sənaye Məhəlləsində üç yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb. Ümumi investisiya həcmi altı milyon manatdan çox olan üç müəssisədə (“Absheron Trending” MMC, “AR Metiz” MMC və “LV Shipping Caspian” MMC) 115 iş yeri yaradılacaq”.

BAKU.WS
VİDEO