Mikayıl Cabbarov: “Ağdam Sənaye Parkında rezidentlərin sayı artdı”

Ağdam Sənaye Parkında dörd sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
“Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan dörd müəssisədə (“Rail Trans Service” MMC, “Mister Decor” MMC, “Almet Holding” QSC və “Eel Electric” MMC) 250-dən çox daimi iş yeri yaradılacaq”, - nazir qeyd edib.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.
Ağdam #SənayeParkı-nda 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb. Ümumi #investisiya həcmi 27 mln. ₼-a yaxın
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 2, 2022
1/2
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...
