SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Bu ilin avqust ayının 1-nə kimi ölkənin bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları hüquqi və fiziki şəxslərə 20,2 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar.
 
BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, onun 78,1 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olub. Verilmiş kreditlərin həcmi 2014-cü il avqust ayının 1-i ilə müqayisədə 18,5 faiz artıb. Kreditlərin 6,4 faizinin ödəmə vaxtı keçib. 

Əhalinin banklardakı əmanətlərinin manat ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 2015-ci il avqust ayının 1-nə 7,6 milyard manat təşkil edib. 

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 0,99 manata), 1 Avroya-1,17 manata (1,10), 100 Rusiya rubluna-1,61 manata (1,72) bərabər olub. 
 
ŞAHİN Həbibov
BAKU.WS