13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirib.
 
BAKU.WS-in məlumatına görə, hərracda kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 9 dəfə üstələyib.

Belə ki, Fond hərraca həmişə olduğu kimi 50 milyon dollar çıxarıb. Bankların tələbatı isə 450 milyon dollar olub. Son nəticədə hərraca çıxarılmış valyuta kütləsi tam həcmdə satılıb (cəmi 50 milyon manat). 

Qeyd edək ki, bu gün Mərkəzi Bank USD/AZN məzənnəsini 1.5819 manat səviyyəsində elan edib. Tələbin təklifdən dəfələrlə yüksək olması və təklifin tamamilə alınması Dolların daha da məzənnəsinin arta biləcəyinə işarə edir.
 
BAKU.WS