SİZİN REKLAM BURADA!
055 213 76 73


  

"Azərbaycanda gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımlar atılır. Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində də geniş islahatlar həyata keçirilir"
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşündə deyib. Dövlət başçısı  Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
 
Ölkəmizin gömrük xidməti sahəsində təşkil olunan bir sıra tədbirlərə ev sahibliyi etdiyini deyən İlham Əliyev Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD "Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunub.

Dünyada gömrük daşımalarının həcminin getdikcə artdığını vurğulayan baş katib Kunio Mikuriya bu sahədə peşəkarlığın mütəmadi olaraq yüksəldilməsinin çox vacib olduğunu bildirib. Hazırda bir çox ölkələrdə beynəlxalq daşımaların idarə edilməsi məsələlərinin aktuallığının olduqca artdığını deyən Kunio Mikuriya təşkilatın Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransının bu işlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib. 

Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
BAKU.WS