"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib.
Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışıb və əlaqələr qurub. O, dostluq münasibətində olduğu Tamerlana birgə iş qurmağı təklif edib. Belə ki, Vüsal həmin şəxsə "Toyota Bakı Mərkəzi"nə Yaponiyadan ölkəmizə müxtəlif avtomobillərin gətirilməsinin sifariş edildiyini, lakin bəzi hallarda müştərilərin sonradan həmin sifarişlərdən imtina etdiyini deyib. Vüsal imtina edilmiş avtomobilləri sərfəli şərtlərlə əldə edib sata biləcəklərini və bu yolla birlikdə gəlir əldə edə biləcəklərini bildirib. Bu yolla Vüsal dostundan 2024-2025-ci illərdə külli miqdarda pul alıb. Lakin sonradan o yoxa çıxıb və aldığı pulları geri qaytarmaqdan imtina edib.
İstintaqla müəyyən edilib ki, Vüsal Tamerlanın 610 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Vüsal Kərimovu Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda zərər vurmaqla) maddəsi üzrə təqsirli bilib.
O, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...