Neftin ucuzlaşması davam edir

30
okt
2020
00:00
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 18:10-da 4,34% azalaraq 1 barelə görə 37,94 dollar təşkil edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,79% azalaraq 35,60 dollar təşkil edib.
Azalma əsasən bir sıra Avropa ölkəsində koronavirus pandemiyası çərçivəsində məhdudlaşdırıcı tədbirlərin yenidən tətbiqi ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Brent neftinin qiyməti 40 dollardan aşağı düşdü
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,40% azal...
