Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağa ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycandakı səfiri Dunkan Norman Qarabağ bölgəsinə ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
BAKU.WS xəbər verir ki, xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağa səfər edən Norman "Report"a bildirib ki, regionda həyata keçirilən bərpa işlərinin sürəti onu heyrətləndirib.
"Bu, həqiqətən də Qarabağa ilk səfərimdir və burada aparılan bərpa işlərinin miqyası heyrətamizdir. Biz möhtəşəm yollardan və tunellərdən universitetə, hotellərə və mədəniyyət mərkəzinə qədər hər şeyi gördük. Cəmi bir səhər ərzində Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin inanılmaz nümunələrinin şahidi olduq", - diplomat bildirib.
Səfir qeyd edib ki, Böyük Britaniya Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirak edir.
"Böyük Britaniya 2020-ci ildə minatəmizləmə layihəsi çərçivəsində ANAMA-ya yardım edən ilk ölkə olub. Biz minatəmizləmə sahəsində dəstəyimizi davam etdiririk", - Norman vurğulayıb.
O, həmçinin britaniyalı memarların Şuşa şəhərinin baş planını hazırladığını bildirib.
"Mən günün ikinci yarısında Şuşaya səfər etməyi səbirsizliklə gözləyirəm", - səfir əlavə edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...