Brent neftinin qiyməti 40 dollardan aşağı düşdü

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,40% azalaraq 1 barelə görə 39,90 dollar təşkil edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,27% azalaraq 37,20 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb. Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,86% azalaraq 2,30 ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Neft və qazın ucuzlaşması davam edir
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, oktyabrda çatdırmaq şərti il...
