Neft və qazın ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,17% azalaraq 1 barelə görə 41,94 dollar təşkil edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,94% azalaraq 39 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb.
Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,89% azalaraq 2,54 ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Neft və qaz yenidən ucuzlaşdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, oktyabrda çatdırmaq şərti il...
