Neft və qazın ucuzlaşması davam edir

Neft və qazın ucuzlaşması davam edir
İqtisadiyyat 97

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,79% azalaraq 1 barelə görə 45,01 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,89% azalaraq 42,55 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb.

Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,04% azalaraq 2,42 ABŞ dolları təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neft və qaz ucuzlaşdı

Neft və qaz ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,22% aza...

8 İqtisadiyyat 10:00 18 avqust 2020

Son xəbərlər