Zelenski Netanyahuya zəng edib
28
yan
2025
21:33
Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə V.Zelenski teleqram kanalında yazıb.
"Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim", - o vurğulayıb.
Ukrayna lideri israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb.
Bundan əvvəl V.Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib.
Oxşar xəbərlər
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görü...