Zelenski ABŞ-siz çətin olacağını ETİRAF ETDİ

Zelenski ABŞ-siz çətin olacağını ETİRAF ETDİ
Dünya 167

"ABŞ Kiyevə yardım göstərməkdən imtina edərsə, Ukraynanın sağ qalma şansı çox aşağı olacaq".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalına müsahibəsində bildirib.

"Yəqin ki, bu, çox-çox çətin olacaq", - deyə o əlavə edib.

Mediada bundan əvvəl bildirilirdi ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə yanaşması Vaşinqtonun faktiki olaraq Kiyevi danışıqlar iştirakçıları sırasından çıxardığını göstərir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və D.Tramp fevralın 12-də baş tutan telefon danışığında Ukraynada münaqişənin həlli perspektivlərini də müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp döyüş əməliyyatlarının tezliklə dayandırılması və problemin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib. Putin öz növbəsində münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini qeyd edib və uzunmüddətli həllin sülh danışıqları yolu ilə əldə edilə biləcəyi barədə Trampla razılaşıb.

Son xəbərlər