Zaxarova: Rusiya Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin əleyhinədir
Moskva Qərb sülhməramlılarının Ukrayna ərazisində yerləşdirilməsinə qəti şəkildə qarşıdır, bu, Rusiya və NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də keçirilən brifinqdə deyib.
"Rusiya Qərb sülhməramlılarının Ukraynaya göndərilməsi ssenarisinin qəti əleyhinədir. Bu, Rusiya və NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər", - o bildirib.
M.Zaxarova qeyd edib ki, London və Paris Ukraynaya hərbi müdaxilə planını davam etdirir və bunu "hansısa sülhməramlı missiya" adı altında ört-basdır edir.
Oxşar xəbərlər
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər n...