Yunanıstanda güclü meşə yanğını – Kəndlər təxliyə olundu
23
iyn
2025
17:25
Yunanıstanın Saqqız adasında meşə yanğınları baş verib. Nəticədə bir neçə kənd təhlükəsizlik məqsədilə təxliyə edilib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, yanğın şənbə günü başlayıb və güclü külək nəticəsində sürətlə yayılıb.
Rəsmi mənbələrin məlumatına görə, əraziyə təxminən 200 nəfər yanğınsöndürən və 6 helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Yanğının nəzarət altına alınması üçün səylər artırılıb. Yerli hakimiyyət orqanları sakinləri təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırıb.
Oxşar xəbərlər
Ukrayna tərəfində ən yaxşı vuruşan əcnəbilər kolumbiyalılardır
"Rusiya ilə müharibədə Ukrayna tərəfində əcnəbilər vuruşmağa davam edirlər, onlar özlərini yaxşı tərəfdən göstərirlər". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...