Yaxın Şərq üçün çətin günlər geridə qaldı?
ABŞ ilə İran arasında əldə olunan atəşkəs ilk baxışda müharibənin dayanması kimi görünür. Amma əslində, bu, hələlik yalnız silahların susduğu qısa fasilədir. Çünki tərəflər nə sülhün şərtlərində uzlaşıb, nə də qalibin kim olduğu məsələsində.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Donald Tramp özünü hərbi-siyasi qələbənin sahibi kimi göstərməyə çalışır, Tehran isə döyüş meydanında ağır zərbələr alsa da, danışıqlar masasına daha güclü rıçaqlarla oturduğunu iddia edir. İran, xüsusilə, Hörmüz boğazı üzərində formalaşdırdığı real təsir imkanını əsas basqı alətinə çevirib.
Bu isə o deməkdir ki, atəşkəs olsa belə, müharibənin geosiyasi nəticələri hələ yeni başlayır. Məhz bu məqamda Qərb mediasında D.Trampın davranışı Riçard Niksonun məşhur "dəli nəzəriyyəsi" ilə müqayisə olunur. "Dəli nəzəriyyəsi" diplomatiyada qarşı tərəfi qorxutmaq üçün qeyri-sabit və gözlənilməz davranış nümayiş etdirməyə əsaslanır. Bu yanaşma vaxtilə R.Nikson tərəfindən Vyetnam müharibəsi dövründə istifadə olunub. Yanaşmanın mahiyyəti rəqibi qorxutmaq üçün özünü sərt və nəzarətsiz göstərməkdir.
D.Tramp əvvəlcə İranı sivilizasiya kimi məhv etməklə hədələsə də, atəşkəsə razılaşdı. Burada məqsəd qarşı tərəfi maksimum psixoloji təzyiq altında güzəştə getməyə məcbur etmək idi.
Ancaq bu taktikanın problemi də var. Qısa müddətdə nəticə versə belə, uzun müddətdə liderin etibarına və dövlətin beynəlxalq imicinə zərbə vurur.
Regionda sürətlə dəyişən diplomatik qərarlar belə bir sualı gündəmə gətirir: əgər bu atəşkəs müharibənin sonu olarsa, tərəflər nə qazandı və nə itirdi?
Oxşar xəbərlər
ABŞ və İran arasında "müharibədən sonra müharibə" təhlükəsi
Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunan ikihəftəlik atəşkəs ilk baxışdan Yaxın Şərqdə gərginliyi azaltmalı idi. Amma reallıq tam fərqlidir. Çün...