Yadplanetlilərlə ilk təmasın dəqiq tarixi açıqlanıb
Özünü 2671-ci ildən gələn zamanın səyahətçisi adlandıran "TikTok" istifadəçisi bəşəriyyətin yadplanetli sivilizasiya ilə ilk təmaslarının dəqiq tarixini açıqlayıb.
BAKU.WS xəbər verir ki, "Daily Star" nəşri "gələcəkdən gələn qonağ"ın son açıqlamalarına diqqət çəkib.
Eno Alarik adı ilə tanınan TikToker başqa bir videoda belə deyib:
"23 sentyabr: İlk təsdiqlənmiş yadplanetli siqnalı uzaq bir planet sistemindən gəlir. Onlar yaxın gələcəkdə Yerə səfər etməyi planlaşdırır və onu ələ keçirməyə çalışırlar. Onlar bəşəriyyəti fəth etməyə və sona çatdırmağa çalışacaqlar".
Bundan əlavə, Alarik bəyan edib ki, noyabrın 12-də Antarktidada "tərkibində sirli xəstəlik olan yadplanetli artefakt" tapılacaq. "Zaman səyahətçisi"nə görə, bu xəstəlik sağalmaz, çox yoluxucu olacaq və sürətlə bütün dünyaya yayılacaq.
Alarik həmçinin noyabrın 17-də səmada sirli meteor yağışının görünəcəyini və "səmada parlayan izlər buraxacağını" proqnozlaşdırmışdı ki, bu da guya yeni heyvan növlərini yaradacaq. Dekabrın 17-də isə küləklə ildırımın qarışacağı bir növ elektrik tornadosu yaranacaq. Onun eni 30 kilometri keçəcək, içəridə küləyin sürəti saatda 1300 kilometrə çatacaq.
Alarikin izləyiciləri yeni proqnozlara yumorla cavab veriblər. Bəziləri Yer kürəsinin yadplanetlilər tərəfindən tezliklə fəth edilməsinə sevinirdilər.
"Nəhayət. Hesablardan bezmişəm və bütün kreditlər sıfırlanacaq" deyə onlardan biri yazıb.
Digər istifadəçilər qeyd ediblər ki, Alarik artıq onlarla proqnoz verib, onların heç biri özünü doğrultmayıb.
Oxşar xəbərlər
Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. BAKU.WS...