Xoşbəxt evliliyin sirri nədədir? - Formul açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış psixoloq Enrike Roxas uzunömürlü və xoşbəxt münasibətin əsas formulunu bölüşüb.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, mütəxəssis cütlüklərin xoşbəxtliyini iki əsas amilə bağlayıb.
Bunlar sağlamlıq və "zəif yaddaş"dır.
Enrike Roxasın sözlərinə görə, heç bir münasibət çətinliklərdən sığortalanmayıb.
Hər bir cütlüyün həyatında eniş-yoxuşlar, tərəddüdlər, günlərlə davam edən səssizlik, mübahisələr və emosional gərginlik olur. Lakin münasibətin taleyini bu problemlərin mövcudluğu deyil, tərəflərin onlara necə reaksiya verməsi müəyyənləşdirir.
"Cütlüyün xoşbəxtliyi yaxşı sağlamlıqda və zəif yaddaşdadır. Unutmaq və bağışlamaq münasibətlər üçün son dərəcə faydalı prosesdir; bu, insana münasibətləri zədələyən inciklik yükündən azad olmağa kömək edir".
Pixoloq qeyd edib ki, münaqişələrdən sonra etimadın yenidən qurulmasında bağışlama bacarığı həlledici rol oynayır.
Bunun üçün hər iki tərəf səhvlərini qəbul etməyi bacarmalı və küsülülüyü dərinləşdirməməlidir.
Roxas xəbərdarlıq edib ki, münasibətlərdəki böhran xroniki hal alıb uzanırsa, cütlüklər mütləq mütəxəssis dəstəyinə müraciət etməlidirlər.
Oxşar xəbərlər
Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib
Avstraliyanın Melburn şəhərində üç xəstəxananın tualetində qadın həmkarlarını gizlicə videoya çəkən 28 yaşlı həkim Rayan Çonun məhkəmə prosesi davam edir. İttih...