Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib

Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
Siyasət 6

Regional əməkdaşlıq və Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya qarşılıqlı fəaliyyətinin dərinləşməsi ümumi dialoqumuzun vacib tərkib hissəsidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "facebook" hesabında yazıb.

Diplomat Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak üçün ölkəyə səfər edən Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.

"Ukraynaya göstərilən qətiyyətli və ardıcıl dəstəyə görə təşəkkürümü bildirmək üçün xoş fürsətim oldu. Bu dəstəyi yüksək qiymətləndiririk və dostluq münasibətlərini, eləcə də əməkdaşlığı daha da inkişaf etdirmək əzmindəyik", - Ukrayna səfiri qeyd edib.

Son xəbərlər