Xərçəng xəstəsi olan rəqqasə Tanyeli vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir xərçəngdən müalicə olunan rəqqasə Tanyeli vəfat edib.
BAKU.WS xəbər verir ki, rəqqasə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun qəfildən səhhəti ağırlaşaraq süni tənəffüs aparatına qoşulmuşdu.
Ötən gün böyük oğlu Taylan "Anamın müalicəsi davam edir. İnşallah xeyirli xəbərlərini eşidəcəyik. Xahiş edirik dualarınızı əskik etməyin" deyə açıqlama vermişdi.
Xatırladaq ki, ötən il müğənni Haluk Levent və Hakan Altunun onun xəstəxana xərclərini qarşıladığını bildirmişdi.
Tanyeli 2.5 ildən çoxdur ki, pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparırdı.
Qalereya
Oxşar xəbərlər
Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı
Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaronun həyat yoldaşı və qızları ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə getdiyi iddia olunur....