Xərçəng xəstəsi olan rəqqasə "Donuz qripi"nə yoluxdu - Karantinə alındı
Xərçəng xəstəsi olan rəqqasə Tanyelinin yayılan daha bir görüntüsü sevənlərini kədərləndirib.
BAKU.WS xəbər verir ki, uzun müddətdir xəstəxanada müalicə alan rəqqasə bu dəfə "Donuz qripi"nə yoluxub.
O bu barədə sosial şəbəkə hesabında bildirib. Tanyeli qeyd edib ki, o çox ağır tərkibli dərmanlar qəbul edir.
Karantinə alındığını vurğulayan rəqqasə sevənlərindən onun üçün dua etmələrini xahiş edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Tanyeliyə oksigen maskası taxılmışdı. O ziyarətinə gələnlərə xəbərdarlıq edərək xəstəxanaya gəlməyə icazə verilmədiyini bildirmişdi.
Tanyeli artıq bir ildən çoxdur ki, pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparır.
Oxşar xəbərlər
İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib
Hörmüz boğazında yerləşən Qeşm adasının sahilləri yaxınlığında partlayış səsləri eşidilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın rəsmi IRN...