Xərçəng riskini artıran gizli səbəb aşkarlandı

Xərçəng riskini artıran gizli səbəb aşkarlandı
Dünya 95

Fransalı alimlər xərçəng riskini artıran gizli səbəb aşkarlayıblar.

BAKU.WS xəbər verir ki, pestisidlərə (kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratları, göbələkləri, alaq otlarını və gəmiriciləri məhv etmək, həmçinin xəstəliklərin qarşısını almaq üçün istifadə olunan kimyəvi və ya bioloji maddələrdir) məruz qalma ilə xərçəng riski arasında əhəmiyyətli bir əlaqəni müəyyən ediblər.

Bu barədə Fransanın Tuluza Universitetinin alimləri araşdırma aparıb.

"Nature Health" jurnalında dərc olunan məqalədə, pestisidlərə uzun müddət məruz qalmanın, xüsusən də çirklənmə səviyyəsinin yüksək olduğu ərazilərdə xərçəng riskini artıra biləcəyi aşkar edilib.

Alimlər 150 000-dən çox xəstənin məlumatlarından istifadə edərək, ölkə üzrə pestisidlərin paylanma xəritələri ilə müqayisə aparıblar.

Onlar müəyyən ediblər ki, pestisidlərin yüksək səviyyədə çirklənməsi olan bölgələrdə xərçəng xəstəliyinə tutulma riski digər yerlərə nisbətən 150 faiz yüksəkdir.

Bu nəticələr, yalnız təcrid olunmuş kimyəvi maddələri deyil, həm də real şəraitdə pestisidlərin mürəkkəb təsirini nəzərə alan yeni bir metodologiya sayəsində mümkün olub.

Bundan əlavə, tədqiqat göstərib ki, pestisidlər hüceyrə proseslərini poza bilər, toxumaları iltihab və ya infeksiya kimi digər risk faktorlarına qarşı daha həssas edir.

Bu dəyişikliklər şiş inkişafından əvvəl baş verir və bu da pestisidlərə erkən məruz qalmanın göstəricisidir.

Son xəbərlər