Xərçəng olan rəqqasə: "Bu gün ya da sabah xəstəxanadan çıxacam"
Yeniliklərdən dərhal xəbərdar olun
Xərçəng xəstəsi olan rəqqasə Tanyelidən (Öznur Kral) xəbər var.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o yaxın zamanda xəstəxanadan evə buraxılacaq. Bu barədə rəqqasə özü bildirib.
"Məni düşünənlər və haqqımda narahat olanlar... Şərhlərinizdən görürəm ki, mənim üçün narahatsınız. Mən xəstəxanadayam, müalicəm davam edir. Ümid edirəm ki, bu gün ya da sabah xəstəxanadan çıxacam".
Xatırladaq ki, ötən il Haluk Levent və Hakan Altunun onunn xəstəxana xərclərini qarşıladığını bildirmişdi.
Tanyeli artıq bir ildən çoxdur ki, pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparır.
Oxşar xəbərlər
Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı
Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaronun həyat yoldaşı və qızları ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə getdiyi iddia olunur....