Xarkovda 7 yaşayış məntəqəsində təxliyə barədə qərar qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xarkov vilayətinin Müdafiə Şurası Şevçenkovki icmasının 7 yaşayış məntəqəsindən məcburi təxliyə barədə qərar qəbul edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında məlumat verib.
"Bunlar Baranovka, Berezovka, Novonikolayevka, Spodobovka, Staroveryovka, Duvanka və Fyodorovka kəndləridir", - o yazıb.
Sinqequbovun sözlərinə görə, bu qərar düşmənin həmin əraziləri intensiv atəşə tutması ilə bağlı olub. Son 2 ayda icmanın PUA və RYAS-lardan atəşə tutması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb, 87 şəxsi ev və 27 çoxmənzilli yaşayış binası zərər görüb.
"Ümumilikdə 181 uşağı təhlükəsiz yerlərə təxliyə etməyi planlaşdırırıq", - Sinequbov qeyd edib.
O bildirib ki, təxliyə olunanların hamısı müvəqqəti mənzillə təmin olunacaq, məcburi köçkün statusu almaqda dəstək görəcəklər, sosial müavinətlərdən və humanitar yardımlardan yararlanacaqlar.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...