Venesuelaya neft satışından milyonlar gəlməyə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigez bildirib ki, ölkə neft satışından 300 milyon dollar gəlir əldə edib.
BAKU.WS xəbər verir ki, bu məbləğ ABŞ ilə 500 milyon dollarlıq neft satış razılaşmasının ilk hissəsi hesab olunur və əldə olunan vəsait bazarı sabitləşdirmək və iqtisadi sabitliyi gücləndirmək məqsədilə istifadə ediləcək.
Rodrigez həmin məbləğin ilk ödəniş olaraq Mərkəzi Bank vasitəsilə ölkəyə daxil olduğunu vurğulayıb.
O, həmçinin inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlər görüldüyünü, ölkəyə valyuta daxilolmalarının davam edəcəyini qeyd edib. Razılaşmanın əsas hissəsi ABŞ tərəfindən idarə olunan hesabda saxlanılır və bu gəlirin böyük hissəsi həmin mənbədən formalaşıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...