Venesuelanı bu amerikalı nazir idarə edir?

Venesuelanı bu amerikalı nazir idarə edir?
Dünya 29

ABŞ dövlət katibi Marko Rubionun Venesuela ilə bağlı siyasətdə oynadığı rol beynəlxalq medianın diqqət mərkəzində qalır.

BAKU.WS "The New York Times"a istinadən xəbər verir ki, Rubio Donald Tramp administrasiyasının Venesuela siyasətinin formalaşdırılmasında ən təsirli simalardan biri hesab olunur.

Nəşrin yazdığına əsasən, Vaşinqtonun Karakasa qarşı tətbiq etdiyi iqtisadi və siyasi tədbirlərin hazırlanması və koordinasiyasında Rubio aparıcı rol oynayır. Məqalədə bildirilir ki, onun təsiri Venesuelanın maliyyə sistemi, enerji resursları ilə bağlı qərarlar və ölkəyə yönəlik ABŞ siyasətinin müxtəlif istiqamətlərində açıq şəkildə hiss olunur.

"The New York Times" Rubionu hətta məcazi mənada Venesuelanın "qeyri-rəsmi idarəçisi" kimi xarakterizə edir. Nəşrin qiymətləndirməsinə görə, ABŞ administrasiyasının Karakasla bağlı əsas qərarlarının əhəmiyyətli hissəsi Rubionun siyasi mövqeyi və tövsiyələri əsasında formalaşır ki, bu da onun region siyasətindəki nüfuzunu nümayiş etdirir.

Məqalədə vurğulanır ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-nin Latın Amerikası siyasətində sərgilədiyi sərt yanaşmanın əsas memarlarından biri məhz Marko Rubio olub. Onun xüsusilə Venesuelaya qarşı sanksiyalar, enerji sektoru, maliyyə məhdudiyyətləri və müxalifətə dəstək məsələlərində fəal mövqe tutduğu qeyd edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər