Vəba epidemiyası yenidən YAYILIB - 12 nəfər ölüb

Vəba epidemiyası yenidən YAYILIB - 12 nəfər ölüb
Dünya 107

Mozambikdə vəba (xolera) epidemiyası nəticəsində 12 nəfər həyatını itirib. Ölkədə yoluxma halları artmaqda davam edir.

BAKU.WS xəbər verir ki, Milli İctimai Səhiyyə İdarəsinin məlumatına görə, 2025-ci il 3 sentyabr – 2026-cı il 27 yanvar tarixləri arasında ölkə üzrə 3 091 vəba hadisəsi qeydə alınıb, 36 nəfər ölüb. Yanvarın 28-də aşkar edilən 135 yeni yoluxma nəticəsində ölənlərin sayı 48-ə, ümumi yoluxma sayı isə 3 226-ya çatıb.

Statistikaya əsasən, ən çox yoluxma Nampula əyalətində qeydə alınıb. Bu bölgədə 1 576 yoluxma və 19 ölüm faktı təsdiqlənib.

Mozambik hökuməti 2030-cu ilə qədər vəbanın ölkədə ictimai səhiyyə problemi olmaması üçün təxminən 418,5 milyon avroluq fəaliyyət planı həyata keçirir.

Qeyd edək ki, "Vibrio" bakteriyasının yaratdığı vəba çirkli su və qida vasitəsilə yayılır, güclü ishal və susuzlaşmaya səbəb olur. Vaxtında tibbi yardım göstərilmədikdə xəstəlik ölümcül ola bilər.

Oxşar xəbərlər

Son xəbərlər