Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb

Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb
Dünya 176

Rusiyanın Ukraynanın Xarkov şəhərini atəşə tutması nəticəsində üç nəfər ölüb.

BAKU.WS  report-a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

Qeyd olunub ki, 21 nəfər yaralanıb.

*** 09:25

Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinin Kiyevski rayonunda evə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

BAKU.WS  report-a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kiyevski rayonunda iki "Şahid" dronunun zərbəsi qeydə alınıb - biri fərdi evdə, biri isə ali təhsil müəssisəsinin ərazisində.

Eyni zamanda Xarkov vilayətinin Hərbi və Mülki Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, düşmənin pilotsuz təyyarəsinin Kiyev rayonuna endirdiyi zərbə nəticəsində 3 nəfər yaralanıb. Mərkəzə və Osnovyanski rayonuna endirilən zərbələr nəticəsində daha 7 nəfər xəsarət alıb.

*** 07:31

Ukraynanın Xarkov şəhəri hazırda genişmiqyaslı müharibənin bütün dövründə ən güclü hücumu yaşayır.

BAKU.WS  report-a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.

Onun sözlərinə görə, şəhər dronlar tərəfindən kütləvi hücuma məruz qalır.

"Şəhərin mərkəzindəki yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi mənzillər yanır. İlkin məlumata görə, mənzillərdə dağıntılar altında insanlar var. Xarkovda havadan kütləvi birləşmiş hücum bir saatdan çox davam edib. Onlarla partlayış olub. Nəticələrlə bağlı məlumat dəqiqləşdirilir", - mer bildirib.

Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində altı nəfərin xəsarət aldığını bildirib. Onlardan biri körpədir.

Son xəbərlər